Bank Of Baku

Bakı Metropoliteni yeni aldığı təsərrüfat qatarını istismara verib

Bakı Metropoliteni yeni aldığı təsərrüfat qatarını istismara verib
# 04 oktyabr 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteni yeni aldığı təsərrüfat qatarını xəttə buraxaraq istismara verib.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, son illərdə istismarda olan avadanlıqlar, istehsal vasitələri, maşın və mexanizmlərin yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir: «Bunun əyani nümunəsi istismara verilən yeni təsərrüfat qatarıdır. Uzunluğu yeni rekordlar müəyyən edən relslərin hazırlanaraq tətbiq olunması, eləcə də metropoliten xətlərinin böyüməsi, iş həcminin artması ilə təsərrüfat qatarlarının da rolu və işində də sürətli yeniliklərin tətbiqinə ehtiyac var idi. Metropolitendə istifadə olunan təsərrüfat qatarları həm fiziki, həm də mənəvi cəhətdən köhnəlib və artıq onların ehtiyat hissələrini də tapmaq olmurdu, təmiri, cari qulluğu bu səbəbdən baha başa gəlirdi.
Bu ilin əvvəlində təsərrüfat qatarları üçün yeni təkər cütləri də alınaraq problemlərin bir qismi həllini tapıb. Yeni təsərrüfat qatar isə işimizə xeyli müsbət təsir göstərəcək».

Qeyd edək ki, yeni təsərrüfat qatarından müxtəlif platformaların lazım olan yerə çəkilib aparılması, eyni zamanda işçi briqadaların daşınması və müxtəlif səviyyəli digər işlərin görülməsində istifadə etmək olar. Qatar maili sərt gedişlərdə, metropolitenin xüsusi çətin sahələrində - «Cəfər Cabbarlı-Xətai» mənzili və «Nizami-İnşaatçılar» sahəsində yoxlanılıb və özünü mükəmməl göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR