Bank Of Baku

Azərbaycan poçt göndərişlərinin ekspress-çatdırma xidmətinə görə qızıl sertifikata layiq görülüb

Azərbaycan poçt göndərişlərinin ekspress-çatdırma xidmətinə görə qızıl sertifikata layiq görülüb
# 05 oktyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dohada (Qətər) Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresi çərçivəsində ÜPİ-nin EMS (Express Mail Service – poçt göndərişlərinin ekspress-çatdırma xidməti) Kooperativinin iclası keçirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yekunlarına görə, Azərbaycan yenidən – artıq altıncı dəfə ÜPİ-nin poçt göndərişlərinin ekspress-çatdırma xidmətinə görə qızıl sertifikata layiq görülüb.

EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və müvafiq sertifikatlar verilir.

Sertifikat Azərbaycan nümayəndə heyətinə ÜPİ-nin baş direktoru Eduard Dayan tərəfindən təqdim olunub.

Qeyd edək ki, ÜPİ-yə 192 üzv ölkənin iştirak etdiyi Konqres oktyabrın 15-dək davam edəcək. Konqresdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları təmsil edir.

Dörd ildən bir keçirilən tədbirdə növbəti dövr üçün strategiya (Doha Poçt Strategiyası) qəbul ediləcək, dünya ölkələrinin təqdim etdikləri təkliflər müzakirə olunacaq. Müzakirələr nəticəsində Konqresin sonunda UPİ-nin yekun Aktları qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR