Bank Of Baku

Azərbaycanda poçt işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda poçt işçilərinin peşə bayramı qeyd olunur
# 09 oktyabr 2012 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda poçt işçilərinin peşə bayramı günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən geniş tədbirlər həyata keçirilir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 9 oktyabr - Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 138-ci ildönümü münasibəti ilə 3 saylı Poçt Filialının Xətai rayonunda və Samux Poçt Filialının Burunqovaq poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək.

Hazırda «Azərpoçt»un mərkəzi aparatında, yerli filiallarında toplantı, inzibati binalarda, poçt şöbələrində və ətraf ərazilərdə səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməcilik keçirilir.

Xatırladaq ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda dünyanın bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən ÜPİ-nin yaranması ilə başlayıb. ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə Berndə (İsveçrə) keçirilmiş Beynəlxalq Poçt Konqresində imzalanıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR