Bank Of Baku

Noyabrın 1-dən «Naxtel» şəbəkəsi üzrə abunə haqqı 40% azaldılacaq

Noyabrın 1-dən «Naxtel» şəbəkəsi üzrə abunə haqqı 40% azaldılacaq
# 10 oktyabr 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən «Naxtel» şəbəkəsi üzrə mobil və stasionar tipli telefon xidmətlərinə görə aylıq abunə haqlarına endirim tətbiq olunacaq.

«APA-Economics»in Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabr ayının 1-dən etibarən CDMA texnologiyasına əsaslanan «Naxtel» şəbəkəsi üzrə mobil və stasionar tipli telefon xidmətlərinə görə aylıq abunə haqları 5 manatdan 3 manata endiriləcək.

Qeyd edək ki, «Naxtel» simsiz telefon xidməti üzrə şəbəkədaxili zənglər pulsuzdur, sabit telefonlara zənglərin dəqiqəsi 1 qəpik, xarici zənglər isə ən aşağı tariflərlə hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR