Bank Of Baku

Azərbaycanda dönər-kababla bağlı dövlət standartı təsdiqlənib

Azərbaycanda dönər-kababla bağlı dövlət standartı təsdiqlənib
# 11 oktyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 744-2012 “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartını təsdiq edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, standartın tətbiq vaxtı oktyabrın 15-dən müəyyən edilib.

Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər.

Standarta əsasən, hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalarına riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.

Standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir.

Standarta əsasən, dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 650C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.

Standartda həmçinin dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Belə ki, personal QOST 30524 tələblərinə cavab verməli, qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR