Bank Of Baku

«AzərsuCİS» layihəsi Bentley Beynəlxalq Layihə Müsabiqəsinin final mərhələsində qiymətləndirilib

«AzərsuCİS» layihəsi Bentley Beynəlxalq Layihə Müsabiqəsinin final mərhələsində qiymətləndirilib
# 11 oktyabr 2012 15:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərsu» ASC-nin həyata keçirdiyi yeni Coğrafi İnformasiya Sistemi (“AzərsuCİS”) layihəsi nüfuzlu müsabiqələrdən olan Bentley Beynəlxalq Layihə Müsabiqəsinin (Be Inspired Awards) münsiflər heyəti tərəfindən final mərhələsində qiymətləndirməyə layiq görülüb.

«Azərsu»nun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, final mərhələsi bu ilin noyabr ayının 13-14-də Hollandiyanın Amsterdam şəhərində keçiriləcək müsabiqənin əsas iddiaçılarından olan «AzərsuCİS» layihəsi ölkə üzrə içməli və çirkab suların, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda həm içməli su, həm çirkab suları, həm də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.

«Azərsu» ASC ilkin mərhələdə layihəni Bakı şəhərində, sonra isə bütün ölkə ərazisində tətbiq etməyi planlaşdırır. Müsabiqənin «İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər» kateqoriyasında «Azərsu» ASC-nin təqdim etdiyi «Azərbaycanda yeraltı infrastrukturun idarə olunması - AzərsuCİS» layihəsi ilə yanaşı «Gannett Fleming Inc.» və «NJS Engineers India Pvt. Ltd.» şirkətinin layihələri də finalda qiymətləndiriləcək. İlkin mərhələdə müsabiqəyə bu mövzuda 270-dən çox layihə təqdim olunub.

Yekun qiymətləndirmə finala vəsiqə qazanmış layihələrin təqdimatından sonra aparılacaq. Bu zaman layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər və onun verəcəyi fayda əsas götürüləcək. Tədbir çərçivəsində «Azərsu»nun müsabiqəyə təqdim etdiyi layihə qurumun beynəlxalq arenada tanınması ilə yanaşı, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və istifadəsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Bentley Beynəlxalq Layihə Müsabiqəsinin keçirilməsində məqsəd ayrı-ayrı ölkələrdə dizayn, mühəndislik, inşaat layihələri üzrə müasir texnologiya və metodlardan istifadə edən qurumları bu işə cəlb etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR