Beynəlxalq Elektrorabitə İttifaqı: Azərbaycan əhalinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunma göstəricisinə görə ilk onluqdadır
12 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycan 2010-2011-ci illərdə əhalinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunma göstəricisinin artımına görə ilk onluqda qərarlaşıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Elektrorabitə İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi - 2012” adlı hesabatında bildirilir.
Azərbaycan telekommunikasiya xidmətlərinin inkişafı üzrə 5 pillə irəliləyərək, 73-cü yerdən 68-ci yerə yüksəlib. Reytinqin ilk üçlüyünü Koreya, İsveç və Danimarka tamamlayır.
Hazırda dünyada mobil rabitə abunəçilərinin sayı 6 mlrd. nəfərə çatıb, yəni hər 100 nəfərə 86 telefon düşür. Son bir ildə mobil rabitə 11% yayılıb.
Eyni zamanda genişzolaqlı yayım istifadəçilərinin də sayı artır. Dünya üzrə internetdən istifadə istifadə edənlərin sayı son bir ildə 11% artaraq, 2011-ci ilin sonunda 2,3 mlrd. nəfərə çatıb. Başqa sözlə, planet sakinlərinin 1/3 hissəsi internetdən istifadə edir.
Hesabat müəllifləri hesab edirlər ki, İKT xidmətlərinin ən ucuz qiymətləri MDB və Avropa ölkələrindədir.

İnfrastruktur
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024
ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət
14:21
16 may 2024