Bank Of Baku

Dövlət Proqramı çərçivəsində Azərbaycanda 134 km dəmir yolu təmir olunub - FOTO

Dövlət Proqramı çərçivəsində Azərbaycanda 134 km dəmir yolu təmir olunub - <font color=red>FOTO</font>
# 13 oktyabr 2012 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Dövlət Proqramı çərçivəsində Azərbaycanın dəmir yolu təsərrüfatında bu günədək 134 km yol təmir olunub.

APA-Economics”in xəbərinə görə, bunu ADY QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, təmir olunmuş yolun 85 km-i artıq nəzarətçi orqan tərəfindən təhvil verilib. İlin sonuna kimi daha 140 km yolun təhvil verilməsi nəzərdə tutulur.

A.Əsgərov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 25 ədəd yeni vaqonun gətirilməsi, 50 vaqonun təmir olunması nəzərdə tutulub: “Təmir olunmuş 15 vaqon artıq Azərbaycana gətirilib və Bakı-Tiflis istiqamətində hərəkətə qoşulub. Qalan 35 ədəd vaqon isə 2013-cü ilin fevralında gətiriləcək. Bu vaqonlar da şimal istiqamətində olan xətlərə qoşulacaq”.

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi barədə danışan A.Əsgərov bu istiqamətdə işlərin davam etdirildiyini və 2014-cü ildə işlərin tam təhvil veriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR