Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra Azərbaycanda yükdaşımaların həcmi 2,5 dəfə artacaq

Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra Azərbaycanda yükdaşımaların həcmi 2,5 dəfə artacaq
# 13 oktyabr 2012 11:00 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçuların peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, gələn ilin ikinci yarısınadək BTQ layihəsi üzrə işlər tam yekunlaşacaq və ilk sınaq qatarı xəttə buraxılacaq.

Nazir bildirib ki, bu layihə üzrə yükdaşıma birinci mərhələdə 5 mln. ton, ikinci mərhələdə 10, sonuncu mərhələdə isə 15 mln. tona çatdırıla bilər: “Hazırda Azərbaycanda dəmir yolu üzrə yükdaşımaların həcmi 20 mln. ton təşkil edir. Bakı-Tiflis-Qars layihəsi istifadəyə verildikdən sonra yükdaşımanın həcmi 50 mln. tona çatacaq”.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR