Bank Of Baku

Ziya Məmmədov: «Azərbaycan paytaxtında bəzi küçələrin genişləndirilməsi artıq qeyri-mümkündür»

Ziya Məmmədov: «Azərbaycan paytaxtında bəzi küçələrin genişləndirilməsi artıq qeyri-mümkündür»
# 13 oktyabr 2012 12:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat vasitələrinin sayı çox artdığından, bəzi hallarda küçələrin genişləndirilməsi belə qeyri-mümkündür.

Nazir bildirib ki, Bakı şəhərində aparılan tikinti işləri, xüsusilə də yol qovşaqları, keçidlər və tunellərin tikintisi də şəhərdə avtomobillərin sərbəst hərəkətinə müvəqqəti olaraq problem yaradır: «Lakin buna baxmayaraq, bəzi hallarda tıxacların yaranmasında sürücü faktoru da böyük rol oynayır. Bakı şəhərində sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi, bir-birinə güzəştə getməməsi və qarşı tərəfin yoluna çıxması tıxacı yaradan amillərdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR