Bank Of Baku

Nazirlər Kabineti «Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası»nda dəyişiklik edib

Nazirlər Kabineti «Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası»nda dəyişiklik edib
# 18 oktyabr 2012 07:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) «Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası»nda dəyişiklik edib.

APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, dəyişiklik «Aviasiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» ölkə prezidentinin fərmanına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə, Ədliyyə nazirlikləri və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış təkliflər nəzərə alınaraq qəbul edilib.

Qərara əsasən, “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndinə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,” sözləri əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR