Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Avrasiya Patent Təşkilatı arasında saziş imzalanıb - FOTO
18 oktyabr 2012 14:52 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın Moskva şəhərində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında “Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında” Saziş imzalanıb.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sazişi Avrasiya Patent İdarəsinin mənzil-qərargahında idarənin prezidenti Aleksandr Qriqoryev və Azərbaycan SMPDK-nın dədri Ramiz Həsənov imzalayıb.
Saziş əsasında Avrasiya Patent İdarəsi Azərbaycanda milli patent sisteminin, tədqiqat və innovasiya fəaliyyətinin inkişafına yardım edəcək, Komitənin Avrasiya Patent İdarəsinə təqdim etdiyi rəsmi siyahı əsasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, kütləvi kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sisteminə (AAPATİS) sərbəst giriş imkanları yaradacaq. Bununla da patent sahəsində axtarışların aparılması, ixtira obyektlərinin aşkar edilməsi, habelə yenilərinin yaradılması üzrə işlərin məqsədyönlü istiqamətdə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə asanlaşacaq. Sözügedən sistemdən istifadə patentlərin qorunmasına, kommersiyalaşdırılmasına, bütövlükdə ölkənin iqtisadi inkişafı ilə bağlı olan innovasiyaların təşviqində özünəməxsus rol oynayacaq.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024