Bank Of Baku

«BakuBuild-2012» sərgisi çərçivəsində Xəzər-Avropa İnteqrasiya İnşaat Klubunun iclası keçirilib

«BakuBuild-2012» sərgisi çərçivəsində Xəzər-Avropa İnteqrasiya İnşaat Klubunun iclası keçirilib
# 19 oktyabr 2012 08:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Oktyabrın 17-19-da Bakıda keçirilən «BakuBuild-2012» beynəlxalq sərgisi çərçivəsində Xəzər-Avropa İnteqrasiya İnşaat Klubunun II iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, «Baku Expo Centre»də keçirilən tədbir «Regionun tikinti sənayesinin perspektivləri və inkişafı» mövzusuna həsr edilib.

İclasda Azərbaycanda və ümumilikdə regionda inşaat sektorunun inkişaf perspektivləri müzakirə olunub, müxtəlif təşkilat və şirkət nümayəndələri tərəfindən bu sahədəki problemlər və onlardan çıxış yolları ilə bağlı təkliflər səslənib.

Təbirdə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) ilə yanaşı, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsi, Bakı Bulvar İdarəsinin və digər orqanların, eləcə də sərgiyə qatılmış yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Yeni məhsulların və xidmətlərin təqdimatları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR