Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Huawei Technologies» şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Huawei Technologies» şirkətinin rəhbərliyi ilə görüş keçirilib
# 19 oktyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin «Huawei Technologies Co. Ltd.» şirkətinin icraçı direktoru Ren Jenqfeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq şöbələri ilə yanaşı, «Aztelekom» İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov «Huawei Technologies» şirkətinin son illər Azərbaycanda həyata keçirdiyi tədbirlərdən danışıb. Daha sonra qonaqlara tanışlıq üçün Azərbaycanda rabitə və İKT sahəsində mövcud vəziyyət, statistik məlumatlar və inkişaf perspektivlərindən bəhs edən film nümayiş etdirilib.

Öz növbəsində R.Jenqfey görüşün əhəmiyyətini yüksək qiymətləndirib. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda fəaliyyətindən danışan R.Jenqfey bu əməkdaşlığın hər iki tərəf üçün məhsuldar olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR