Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişindaşımaların həcmi artıb

Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişindaşımaların həcmi artıb
# 20 oktyabr 2012 16:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 157,3 milyon ton və 1 176,7 milyon nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən yükdaşımaların həcmi 3,3%, sərnişindaşımaların həcmi isə 8,5% artıb.

Hesabat dövründə qeyri-neft yüklərinin həcmi 7,7% artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56%-i avtomobil nəqliyyatı, 27,5%-i boru kəməri, 10,6%-i dəmir yolu, 5,9%-i isə dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 3,5% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,4% təşkil edib.

Sərnişindaşımalara gəldikdə isə, cari ilin ilk doqquz ayı ərzində sərnişinlərin 87,7%-i avtomobil, 12%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR