Bank Of Baku

Əhməd Rəcəbli küçəsi ilə nəqliyyatın hərəkəti 1 ay müddətinə dayandırılıb

Əhməd Rəcəbli küçəsi ilə nəqliyyatın hərəkəti 1 ay müddətinə dayandırılıb
# 22 oktyabr 2012 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakının Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi növbəti aşırım qurğusunda dəmir-beton işlərinin aparılmasına başlanılıb.

«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, işlərin təhlükəsiz yerinə yetirilməsi məqsədi ilə bir ay müddətinə Ə.Rəcəbli küçəsi ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb: «Sürücülərdən alternativ yollar, prospekt və küçələrdən istifadə etmələri xahiş olunur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR