Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi korrupsiyaya ilə mübarizə və «Açıq Hökumət»in təşviqinə dair tədbirlər planı hazırlayıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrasını təmin etmək üçün yeni əmr imzalayıb.
Əmrə əsasən, sözügedən hər iki fəaliyyət planlarının «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bilavasitə aid bəndlərinin icrasına dair 2012-2013-cü illərdə icrasına dair İş Planı» təsdiqlənib. Həmçinin, RİTN-in şöbələrinə, birlik və müəssisələrinə İş Planında nəzərdə tutulmuş bəndlərin vaxtında icra olunmasını təmin etmək tapşırılıb.
Nazirliyin 2012-2013-cü illər üzrə İş Planına gəlincə, «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq informasiya əldə edilməsi asanlaşdırılmalıdır. Bu məqsədlə 2012-2014-cü illər ərzində dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək.
Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi isə bu il ərzində tamamlanmalıdır. 2012-2013-cü illərdə informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının hazırlanması və təsdiq edilməsi, gələn il ictimaiyyətin məlumatlandırılması, 2012-2014-cü illərdə informasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi, gələn il Nazirliyin məsul dövlət qulluqçuları üçün informasiya azadlığı ilə bağlı treninqlərin keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, sözügedən sahədə Milli Fəaliyyət Planı dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsini də əks etdirir. Bu məqsədlə nəzərdə tutulan işlər sırasında dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi, həmçinin Nazirliyin fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi kimi tədbirlər yer alıb.
Eyni zamanda, 2012-2015-ci illər ərzində dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması, ildə bir dəfə RİTN-in fəaliyyəti barədə illik hesabatların hazırlanması və Nazirliyin rəsmi internet saytında yerləşdirilməsi, 2012-2015-ci illərdə dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi, rübdə bir dəfə Nazirliyin fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi, mütəmadi olaraq «Elektron hökumət» portalında ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi, elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması, ildə bir dəfə Nazirlik tərəfindən təqdim edilən «e-xidmətlər» barədə ictimai təqdimatların keçirilməsi, «Açıq Hökumət Tərəfdaşlığı» çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi, Nazirliyə aid öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin görülməsi və s. kimi tədbirlər nəzərdə tutulub.
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq isə 2012-2015-ci illərdə dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili, qrafik üzrə Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu, 2013-2014-cü illərdə ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi, cari il ərzində RİTN-in rəsmi saytında ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılmasının təşkili həyata keçirilməlidir.
Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində 2013-cü ildə İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlər görülməsi, Nazirliyin məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada informasiyanın real vaxt rejimində istifadəsinin təmin edilməsi, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi istiqamətində 2013-2015-ci illər ərzində maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili və s. nəzərdə tutulur.
İnfrastruktur
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Azərbaycanın beynəlxalq yük daşımalarında 34%-lik artım qeydə alınıb
Xəbər Lenti
İki gün əvvəl Kəngərlidə qəzaya düşən daha bir şəxs ölüb
Şabranda Milli Mətbuat Günü qeyd olunub, jurnalistlər təltif edilib
Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan Gürcüstandan ən çox avtomobil idxal edən beşinci ölkə olub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB
Azərbaycan və Almaniya arasında Birgə Bəyannamə imzalanması nəzərdə tutulur
Goranboyda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib, APA-nın müxbiri təltif edilib
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
Sabahın hava proqnozu açıqlanıb
Yanvar-iyun aylarında “Könüllü DOST” proqramına 776 şəxs cəlb olunub
Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan daşıyıcıları Çində logistika mərkəzləri açıblar
Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
Azərbaycanda çevik iş vaxtı rejiminin necə tətbiq olunacağı, hansı sahələrə və kimlərə şamil ediləcəyi açıqlanıb - EKSKLÜZİV
Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Prezident Belçika Kralını təbrik edib
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb
Azərbaycanla BVF arasında əməkdaşlıq müzakirə edilib
Messi Argentina millisi ilə vidalaşıb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirib, F-15 qırıcısını vurub
Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir
Salyanda yol qəzasında 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-5
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Azərbaycanın beynəlxalq yük daşımalarında 34%-lik artım qeydə alınıb
"Tasnim": İran "Amazon"un Bəhreyndə yerləşən məlumat infrastrukturunu vurub
Hindistanda tunelin çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb
Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb
Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri
Magistraturaya ixtisas seçimi başlayıb
AzTV-nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimatı olub - FOTO
Qızıl və gümüş bahalaşıb
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
Neftin qiyməti yenidən 88 dollara enib