Bank Of Baku

Azərbaycanın bəzi bölgələrində yeni elektron ATS-lər açılıb

Azərbaycanın bəzi bölgələrində yeni elektron ATS-lər açılıb
# 22 oktyabr 2012 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi regionlarda yeni elektron ATS-lər (EATS) istifadəyə verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Şəki rayon mərkəzində, Yevlaxda məcburi köçkünlər üçün tikilmiş qəsəbədə, Hacıqabul, Şabran, Oğuz, Qusar, Ağdam, Tərtər, Astara və Bərdənin 11 kənd yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılaraq istifadəyə verilib.

Qeyd edək ki, «Aztelekom»un regionlarda genişzolaqlı internet şəbəkəsinin inkişafı konsepsiyasına uyğun olaraq bütün EATS-lərdə ADSL avadanlıqları qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR