Bank Of Baku

Azərbaycan İstanbulda keçirilən Avrasiya İqtisadi Biznes Forumunda iştirak edib

Azərbaycan İstanbulda keçirilən Avrasiya İqtisadi Biznes Forumunda iştirak edib
# 22 oktyabr 2012 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov Avropa İqtisadiyyat, Ticarət, Sahibkarlıq və Sənaye Palatasının təşkilatçılığı ilə İstanbulda keçirilən Avrasiya İqtisadi Biznes Forumunda iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bugünkü və gələcək Avrasiya iqtisadi münasibətlərinin dünya iqtisadiyyatına təsirinə həsr olunmuş forumda V.Zeynalov «Azərbaycanda İKT sektorunun inkişafı və İKT layihələrinin perspektivləri» mövzusunda çıxış edib.

Nazirliyin aparat rəhbəri onu da qeyd edib ki, bu gün respublikanın iqtisadi siyasətində neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına, texnoloji tutumlu iqtisadi sektorun qurulmasına, innovasiyalı iqtisadiyyatın inkişafına yönəltməklə iqtisadiyyatın diversifikasiyasına nail olmaq prioritet təşkil edir.

Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiyini vurğulayan V.Zeynalov həmçinin bildirib ki, son illər İKT-dən ölkədə iqtisadi islahatların effektiv aparılmasında bir vasitə kimi istifadə olunur: «Bunun nəticəsidir ki, cari ilin sentyabr ayında Dünya İqtisadi Forumunun dərc etdiyi «The Global Competitiveness Report 2012-2013» sənədində Azərbaycan 55-ci yerdəki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR