Bank Of Baku

«Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları»nda dəyişikliklər edilib

«Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları»nda dəyişikliklər edilib
# 23 oktyabr 2012 11:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları»nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış gəmilər üçün əlavə sənədlər müəyyənləşdirilib. Belə ki, bu məqsədlə həmin gəmilərin «Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnaməsi, «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnaməsi, gəmi tarixinin fasiləsiz qeydlər sənədi, bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR