Bank Of Baku

Ağçay üzərindəki avtomobil körpüsündə hərəkət dayandırılıb

Ağçay üzərindəki avtomobil körpüsündə hərəkət dayandırılıb
# 24 oktyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 161-ci km-də Ağçay üzərindəki avtomobil körpüsündə hərəkət dayandırılıb.

«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, buna səbəb sözügedən körpünün qəzalı vəziyyətə düşməsidir. Belə ki, 1973-cü ildə istifadəyə verilən körpünün ümumi uzunluğu 73,5 metr, eni isə 8 metr təşkil edir: «Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin mütəmadi hərəkəti nəticəsində körpüdə çoxlu sayda problemlər yaranıb. Dörd aşırımlı körpüdə artıq hərəkət dayandırılıb. Nəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədilə körpünün yaxınlığında 500 metr uzunluğunda alternativ yol salınıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR