Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşınması 8%, sərnişin daşınması isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşınması 8%, sərnişin daşınması isə 9% artıb
# 24 oktyabr 2012 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi ötən ilin eyni dövrünə nisbətən artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 87,9 mln. ton yük və 1 mlrd. sərnişin daşınıb ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 7,7% və 8,8% artıb.

«Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 7,8%, sərnişin dövriyyəsi isə 9,8% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR