Bank Of Baku

Poti limanının işçiləri müddətsiz tətilə başlayıblar

Poti limanının işçiləri müddətsiz tətilə başlayıblar
# 25 oktyabr 2012 11:07 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın Qara dənizdəki Poti limanının əməkdaşları bu gündən etibarən müddətsiz tətilə başlayıblar. Təxminən 1000 nəfərin qatıldığı aksiyanın iştirakçıları rəhbərlikdən maaşların artırılmasını və normal iş şəraiti yaratmağı tələb edirlər. Amma liman rəhbərliyi bu tələbləri yerinə yetirmir.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, artıq liman işçiləri rəhbərliklə danışıqlar aparmayacaqlar, çünki bunun nəticəsi yoxdur. İndiyədək rəhbərlik işçilərin heç bir tələbini, o cümlədən sosial şəraitin yaxşılaşdırılması ilə bağlı xahişlərini yerinə yetirməyib.

Qeyd edək ki, bu tətil Poti limanında son iki həftədə baş verən ikinci aksiyadır. Oktyabrın 10-da keçirilən birinci tətil 1 gün davam edib.

Ümumiyyətlə, Gürcüstanda «Gürcü arzusu» müxalifət koalisiyasının parlament seçkilərində qələbəsi ilə başlayan hakimiyyət dəyişikliyi tətillərlə müşayiət olunur. Artıq oktyabrın ortalarından ölkənin müxtəlif regionlarında maaşların artımı tələbi ilə aksiyalar başlayıb. Liman işçiləri ilə yanaşı bu aksiyalara şaxtaçılar, dəmiryolçular, sənaye müəssisələrinin işçiləri də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR