Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 15% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 15% artıb
# 26 oktyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın və yükdaşımanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk doqquz ayı ərzində hava nəqliyyatı ilə 1 225,6 min nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,8% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 98,5 faizi dövlət bölməsinə, 1,5 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-sentyabr ayında 13,9 faiz artaraq 41,2 min ton təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 hava limanı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR