Bank Of Baku

Bakı Metropolitenindən istifadə edənlərin sayı 141 milyon nəfəri keçib

Bakı Metropolitenindən istifadə edənlərin sayı 141 milyon nəfəri keçib
# 26 oktyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı Metropolitenindən 15 milyon sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 19% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında metrodan 141,7 mln. sərnişin istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Göründüyü kimi, hesabat dövründə hər bir ölkə sakini təxminən 15 dəfə metrodan istifadə edib.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR