Bank Of Baku

Bakı-Böyük Kəsik dəmiryolunun 45%-i əsaslı təmir olunub

Bakı-Böyük Kəsik dəmiryolunun 45%-i əsaslı təmir olunub
# 29 oktyabr 2012 07:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, oktyabrın 29-31-də Ucar-Əlikənd mənzilində 3325 metr yolun əsaslı təmirinə başlanır.

Qeyd edək ki, bu günə kimi 142,6 km yol əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. «Dəmiryolservis» MMC-dən verilən məlumata görə, səhər saatlarında Ucar-Əlikənd mənzilində söküntü işlərinə başlanılıb və artıq 500 metr köhnə yol sökülüb.

Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR