Bank Of Baku

İran, Türkmənistan, Qazaxıstan və Rusiya dəmir yolları bir-birinə birləşdiriləcək

İran, Türkmənistan, Qazaxıstan və Rusiya dəmir yolları bir-birinə birləşdiriləcək
# 29 oktyabr 2012 08:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın dəmir yolları bir-birinə birləşdiriləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, hazırda dörd ölkəni birləşdirəcək dəmir yolu xəttinin İran hissəsinin tikintisi davam etdirilir və ilin sonuna qədər Gurgan və İncə bölgəsindən Türkmənistan dəmir yoluna birləşdiriləcək: “Avropa dəmir yollarının Rusiya, Qazaxıstan, Türkmənistan və İrana birləşdirilməsi ilə bölgədəki nəqliyyat şəbəkəsi də dəyişəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR