Çində CAREC Proqramının növbəti nazirlər konfransı keçirilir
29 oktyabr 2012 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Uhan şəhərində (Çin) Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya və Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) XI Nazirlər Konfransı işə başlayıb.
AİB-in Azərbaycan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 31-dək davam edəcək konfransda CAREC-a üzv olan ölkələr Proqramın 4 sektorda - nəqliyyat, enerji, ticarətin asanlaşması və ticarət siyasəti sahəsində və CAREC-2020 İcra Planında tərəqqi hesabatını müzakirə edəcək. Ölkələr həm də CAREC İnstitutunun gələcək istiqaməti və CAREC Dəhlizi İqtisadi İnkişafının Araşdırılmasına diqqət yetirəcək.
«Biz CAREC-in fəaliyyətindəki tərəqqidən razıyıq və inanırıq ki, nazirlər konfransı ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcək və hiss olunan nəticələrə gətirib çıxaracaq», - deyə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-in üzvüdür.
Azərbaycan hökuməti tərəfindən CAREC Proqramı üzrə əlaqələndirici qurum kimi İqtisadi İnkişaf Nazirliyi çıxış edir. Ümumiyyətlə, bu günədək Proqram çərçivəsində həyata keçirilən layihələrə Azərbaycan 3 mlrd. ABŞ dolları xərcləyib. CAREC Proqramı çərçivəsində Azərbaycanın Şərq-Qərb magistral yolunu müasirləşdirməsi bu vacib nəqliyyat arteriyasının Xəzər dənizi ilə Qara dəniz arasında effektiv koridora çevrilməsinə və Avropa ilə Asiya arasında ticarəti təbliğ etməsinə yardım göstərib.
Təkmilləşdirilmiş yollar yerli kənd təsərrüfatı və sənaye sektorlarını dirçəltməyə yardım edir və neft gəlirlərinin faydasını genişləndirir.
Xatırladaq ki, 2008-ci ildə Bakıda CAREC üzrə VII, və 2011-ci ildə X nazirlər konfransları keçirilib. Ötən il keçirilən konfransda 3 sənəd imzalanıb ki, bunlar CAREC-2020 Strategiyası, əməkdaşlığın inkişafının icmalı və CAREC institutunun iş planıdır.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024