Bank Of Baku

AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan dilinə hörmətsizlik edilməsi barədə iddialarla razılaşmır

AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan dilinə hörmətsizlik edilməsi barədə iddialarla razılaşmır
# 30 oktyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət dili Azərbaycan dilidir. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

«Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda guya «Azərbaycan dilinə hörmətsizlik edilməsi, hava limanının gözləmə zallarında bütün məlumatların sərnişinlərə yalnız rus dilində elan edilməsi» xəbər verilib. Bütün bu yazılara cavab olaraq bildiririk ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar barədə məlumatlar bir qaydada olaraq Azərbaycan, ingilis və rus dillərində elan edilir. Aeroportda ən çox istifadə olunan dil isə rəsmi dövlət dilimiz - Azərbaycan dilidir», - deyə M.Səfərli bildirib.

Rus dilinə gəldikdə, AZAL-ın rəsmisi qeyd edib ki, rus dili həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) rəsmi dillərindən biri olduğu üçün və Azərbaycana rusdilli sərnişinlər çox gəldiyindən, hava limanında ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq rus dilindən də istifadə olunur.

«Beynəlxalq aeroportda xidmət aparan personalın əcnəbi sərnişinlərlə ingilis dilində danışmasında isə heç bir qəbahət yoxdur. Bunu bütün dünyada hava limanları üçün qəbul olunmuş beynəlxalq normalar, Azərbaycanın da qoşulduğu və əməl etməli olduğu beynəlxalq konvensiyalar tələb edir», - deyə M.Səfərli qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR