Bank Of Baku

Azərbaycanda Bakı və regionların yüksək sürətli internetlə təminatına dair investisiya layihəsi hazırlanıb

Azərbaycanda Bakı və regionların yüksək sürətli internetlə təminatına dair investisiya layihəsi hazırlanıb
# 31 oktyabr 2012 07:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib.

Onun sözlərinə görə, artıq işlənməsi başa çatdırılan bu layihə 2013-2015-ci illəri əhatə edəcək. Layihə çərçivəsində əsasən paytaxt və regionların optik kabel vasitəsilə yüksəksürətli internetlə təmin edilməsi planlaşdırılır.

Layihənin həyata keçirilməsi nəticəsində regionlarda internetin sürəti 10-30 Mbit/saniyə, Bakıda isə 30 Mbit/saniyə və daha yuxarı olacaq.

İ.Əliyev onu da bildirib ki, hazırda Azərbaycanın yaşayış məntəqələrinin 35%-i yüksəksürətli internetlə təmin olunub. Hər 1000 yeni internet istifadəçisinin olması ölkədə 70 yeni iş yerinin yaradılmasını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR