Bank Of Baku

Azərbaycan Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına üzv olub

Azərbaycan Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına üzv olub
# 31 oktyabr 2012 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (ILAC) təşkilatına müşahidəçi qismində üzv qəbul edilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, ILAC-a üzv olmaqla Dövlət Akkreditasiya Xidməti beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda, ticarətdə texniki maneələrin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb.

ILAC-a üzvlük milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını da təmin edir. Bununla da akkreditasiya sahəsində təcrübəyə malik ölkələrin imkanlarından istifadə etməklə milli akkreditasiya sisteminin inkişafına stimul yaranır. Dövlət Akkreditasiya Xidməti bundan sonra ILAC-ın Baş Assambleyasının illik iclaslarında, təşkilatın siyasi və texniki məsələlər, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR