Bank Of Baku

İsrail Azərbaycanda virtual təhsil sistemini tətbiq etməyə hazırdır

İsrail Azərbaycanda virtual təhsil sistemini tətbiq etməyə hazırdır
# 31 oktyabr 2012 10:57 (UTC +04:00)
Təl-Əviv. Anaxanım Hidayətova – APA. İsrail Azərbaycanda virtual təhsil sistemini tətbiq etməyə hazırdır. APA-nın xəbərinə görə, bunu İsrailin “SET” Texnoloji Tədris Mərkəzinin rəhbəri Qay Levi bildirib.

Onun sözlərinə görə, İsrail ötən ildən etibarən məktəblilər üçün virtual kurslar təcrübəsini uğurla tətbiq edir. Bu kursların əsas məqsədi əyalətlərdə yaşayanlara təhsil almaq imkanının yaradılmasıdır: “Virtual kurslar çərçivəsində təhsil alanlar onlayn şəkildə müəllimdən dərs ala, rəqəmsal kitablardan istifadə edə bilirlər”.

Qay Levi qeyd edib ki, bu metod məktəblilərə fənni dərindən öyrənmək və mənimsəmək imkanı verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR