Bank Of Baku

ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib

ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib
# 12 noyabr 2024 16:28 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda sərnişinlərə öz tövsiyələrini verib.

APA-Economics” xəbər verir ki, ADY ilk növbədə şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlməyə tövsiyə edib.

“Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın”, - ADY-nin məlumatında qeyd olunur.

Bildirilir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR