Bank Of Baku

AMB-nin maliyyə xidmətlərinin və məhsulların məlumat axtarış sistemi yaxın vaxtlarda istifadəyə veriləcək

AMB-nin maliyyə xidmətlərinin və məhsulların məlumat axtarış sistemi yaxın vaxtlarda istifadəyə veriləcək
# 17 may 2019 15:27 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətlərinin və məhsulların məlumat axtarış sistemini istifadəyə verəcək.

ONA-nın xəbərinə görə, bunu sözügedən sistemin təqdimat mərasimində çıxış edən bankın Maliyyə blokunun rəhbəri Ülkər Babayeva deyib.

Onun sözlərinə görə, təqdim olunan məhsul maliyyə savadlılığı portalın nəzdində yaradılıb: "Hazırda sistemə 20 bank qoşulub ki, sistem yaxın vaxtlarda istifadəyə veriləcək. Onun vasitəsilə istifadəçilər banklara aid məlumatları vahid məkandan əldə edə biləcəklər", - deyə Ü. Babayeva qeyd edib.

Ü. Babayeva həmçinin bildirib ki, axtarış sistemi yaxın günlərdə bizimpullar.az veb-səhifəsində fəaliyyət göstərəcək.

"Cari ilin iyun ayında isə sistemin mobil versiyası istifadəyə veriləcək", - deyə Ü. Babayeva qeyd edib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR