Bank Of Baku

AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO

Rüfət Cumallı

© APA | Rüfət Cumallı

# 12 noyabr 2026 16:59 (UTC +04:00)

Azərbaycan Hava Yollarının (AZAL) təcrübəçi pilotu Rüfət Cumallı Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarını uğurla başa vurub.

"APA-Economics"in Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Rüfət Cumallı 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. O, 2024-cü ilin dekabr ayından etibarən AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarına başlayıb.

Pilot bildirib ki, hazırlığın ilkin mərhələsində tək mühərrikli “Cessna 172” tipli təyyarədə uçuşlar həyata keçirib. Daha sonra isə iki mühərrikli “Diamond 42” təlim təyyarəsi ilə hazırlığını davam etdirib.

Rüfət Cumallı sonuncu imtahan uçuşunu da uğurla başa vurduğunu və bununla da təlim prosesini tamamladığını bildirib.

O, bu imkanı yaratdığına görə AZAL-ın rəhbərliyinə və kollektivinə təşəkkür edib.

Qeyd edək ki, AZAL Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzinə media nümayəndələri üçün mediatur təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR