Bank Of Baku

Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 42% artırıb

Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 42% artırıb
# 20 may 2019 11:17 (UTC +04:00)

Bu ilin yanvar-aprelində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 3,4 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,1% çoxdur.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövrü Azərbaycanda qazın nəqlinin 34,4%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Ümumiyyətlə, yanvar-aprel aylarında magistral qaz kəmərləri ilə 9,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8% artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR