Ötən il Azərbaycanda qaz təchizatı sisteminin etibarlılığını artırmaq, ötürücülük imkanlarını genişləndirmək və idarə olunmasını daha da təkmilləşdirmək üçün əlavə yenidənqurma və modernizasiya işləri aparılıb, müasir nəzarət-ölçü sistemləri tətbiq olunub.
“APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd olunan məqsədləri təmin etmək üçün 2022-ci ildə respublika üzrə 613 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 220 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub.
Ümumilikdə, 2004-2022-ci illər ərzində qazlaşdırılan məntəqələrin sayı 449-dan 1467-yə çatıb, əhali abunəçilərinin sayı isə artaraq 2,5 mln. nəfərə yüksəlib.