Ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803.5 km uzunluğunda avtomobil yolları, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub.
“APA-Economics” xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngilanın Ağalı kəndində keçirilən "Heydər Əliyev və gələcəyə aparan yollar" adlı tədbir zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan göstəricinin 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakı şəhəri yollarının payına düşüb.
Qeyd etmək lazımdır ki, 2021 ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub.