Bank Of Baku

Azərbaycanda yük və sərnişin daşıma sahəsində göstəricilər açıqlanıb

Azərbaycanda yük və sərnişin daşıma sahəsində göstəricilər açıqlanıb
# 17 mart 2025 15:13 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 36,3 milyon ton yük daşıyıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

Yüklərin 4%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 56,9%-i avtomobil nəqliyyatı, 30,8%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,6% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,9% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 308,6 milyon sərnişinə xidmət göstərib. Bu isə, illik müqayisədə 4,8% çoxdur.

Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR