Bank Of Baku

"Azərişıq": Ağdamda 2 Transformator yarımstansiyası tikiləcək

"Azərişıq":  Ağdamda 2 Transformator yarımstansiyası tikiləcək
# 16 fevral 2023 13:52 (UTC +04:00)

Ağdamda 35 kV-luq 4x2500 kVA gücündə 2 ədəd Transformator yarımstansiyasının tikintisi, 35 kV-luq kabel xətlərinin çəkilməsi nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında "Azərişıq" ASC-nin nümayəndəsi Vüsal Qəmbərov deyib.

O bildirib ki, xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşdırılır. Avadanlıqlar və kabel sifariş olunub.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR