Bank Of Baku

"Azərsu": Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib

"Azərsu": Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib
# 13 mart 2023 10:55 (UTC +04:00)

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

"APA-Economics" xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR