Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) “APA-Economics”ə verilən məlumata görə, bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.
Məlumata görə, 2017-2022-ci illər üzrə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib.