Bank Of Baku

Çexiya Parlamentinin spikeri Azərbaycanla ticarət dövriyyəsinin azalma səbəblərini açıqlayıb

Çexiya Parlamentinin spikeri Azərbaycanla ticarət dövriyyəsinin azalma səbəblərini açıqlayıb
# 16 may 2019 18:40 (UTC +04:00)

"İki ölkə arasında ticarət dövriyyəsinin azalması beynəlxalq bazarda qiymətlərin dəyişməsi ilə bağlıdır".

ONA-nın məlumatına görə, bunu Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçek jurnalistlərə açıqlamasında bildirib.

"Həmçinin bizim Azərbaycanda bəzi layihələrimiz vardı ki,onların müddəti artıq bitib" - deyə Vondraçek əlavə edib: "Mən deyərdim ki, indi bizim əlaqələrimizdə yenilənməyə ehtiyac var və bu səfərin məqsədi də elə budur".

Vondraçek qeyd edib ki, Bakıda keçirdiyi rəsmi görüşlərdə yeni spesifik layihələr barədə müzakirələr aparıb: "Dəyişən qiymətlər və sona çatan layihələr ticarət dövriyyəsinin azalmasına səbəb olsa da, düşünürəm ki, iki ölkə arasında əlaqələr müsbət istiqamətdə inkişaf edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR