Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində 3 günlük təlim keçib

Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində 3 günlük təlim keçib
# 16 fevral 2023 12:58 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu” adlı 3 gün davam edən təlim keçirilib.

"APA-Economics" xəbər verir ki, təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilib. Spikerlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirib. Üç gün davam edən təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olublar.

Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR