Bank Of Baku

General-mayor: Kibertəhdidlərdən müdafiə sahəsində ciddi tədbirlər görülməlidir

General-mayor: Kibertəhdidlərdən müdafiə sahəsində ciddi tədbirlər görülməlidir
# 07 fevral 2023 11:41 (UTC +04:00)

"Kim informasiyaya sahibdirsə, o, dünyaya sahibdir. Bu baxımdan dünya ölkələri idarə etdiyi informasiyanın qorunmasında xüsusilə maraqlıdır".

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İsmayılov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib.

"Hal-hazırda dünyada gedən ictimai-siyasi proseslər, Ukraynada baş verən müharibə, bu yaxınlarda İranda Azərbaycan səfirliyində baş verən terror hadisələri və digər bu kimi hadisələrlə əlaqədar informasiya təhlükəsizliyinə diqqət, informasiya təhlükəsizliyinin təmin olunması, kiberhücumlar, kibertəhdidlərdən müdafiə sahəsində xüsusilə ciddi tədbirlər görülməlidir", - Allahverən İsmayılov vurğulayıb.

XRİTDX-nın rəis müavini Allahverən İsmayılov tədbirdən öncə Türkiyədə dünən baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş minlərlə insanın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Qeyd edək ki, "Dövlət qurumlarının İT rəhbərlərinin : Zirvə toplantısı"nda 73 dövlət qurumu iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR