Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, avtoban Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” gömrük-keçid məntəqəsinə qədər uzanacaq.
“Bu avtomagistral həmçinin Tbilisidən yan ötəcək və bu da paytaxtdakı nəqliyyat sıxlığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Baş nazir əlavə edib.