BVF Azərbaycan üzrə infrastrukturun keyfiyyəti indeksini açıqlayıb

BVF Azərbaycan üzrə infrastrukturun keyfiyyəti indeksini açıqlayıb
# 28 oktyabr 2019 14:00 (UTC +04:00)

Azərbaycanda infrastrukturun keyfiyyət göstəricisi 77,4 təşkil edib.

"APA-Economics"in Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, Azərbaycanın bu göstərici üzrə Rusiya (73,8), Meksika (72,4), Küveyt (68,4) və Qazaxıstan (68,3) kimi neft ixrac edən ölkələri qabaqladığını nəzərə alsaq, bu, olduqca müsbət göstəricidir.

Bu göstərici üzrə dünya lideri Sinqapur (95,4) olub.

Qeyd edək ki, infrastrukturun keyfiyyətinin ümumi göstəricisi yol bağlantısı indeksi, yol infrastrukturunun keyfiyyəti, dəmir yollarının sıxlığı və dəmir yolu xidmətlərinin səmərəliliyi, hava limanı ilə əlaqə, hava nəqliyyatı xidmətlərinin səmərəliliyi və dəniz nəqliyyatı daxil olan nəqliyyat infrastrukturu kimi amillərə əsaslanır. Bundan əlavə, elektrik enerjisinə çıxış, elektrik enerjisi ilə təchizatın keyfiyyəti və su təchizatı etibarlılığı da daxil olmaqla kommunal infrastruktur da nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR