Bank Of Baku

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | İqtisadiyyat naziri Mikayıl Cabbarov

# 01 oktyabr 2026 10:08 (UTC +04:00)

Yaxın günlərdə Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin iştirakı ilə dövlət başçıları səviyyəsində görüş keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son səkkiz ildə, CAMCA Regional Forumunun Bakıda əvvəlki toplantısından sonra regionda bir sıra mühüm dəyişikliklər baş verib.

“Bunların arasında, əlbəttə, Cənubi Qafqazdakı sülh prosesini xüsusi qeyd edərdim. Bu proses Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliklərini bərpa etməsindən sonra ilk dəfə regionu müharibələrdən, ərazi münaqişələrindən və ərazi iddialarından azad edib”, – M. Cabbarov bildirib.

O, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi səviyyədə əməkdaşlığının genişləndiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR