Ötən il elektrik enerjisinə qoşulmaqla bağlı 53 minə qədər olan müraciətlərdən 3%-nə imtina verilib.
“APA-Economics” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilə dair hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı bildirib.
“İmtina verilməsinə səbəblərdən biri sənədlərin düzgün təqdim edilməməsidir. Digər səbəb isə müraciət edilən evlərin, obyektlərin elektrik mühafizə zonasına (yüksək gərginlikli elektrik xətti olan əraziyə) düşməsidir. Elektromaqnit dalğalarının insan orqanizminə zərəri ilə bağlı dəfələrlə danışmışıq, izah edirik amma yenə müraciətlər olur. Belə zonalarda həyət evlərinin yerləşməsi yolverilməzdir. Bu, orada yaşayanların həyat və təhlükəsizliyi üçün vacibdir”, - deyə Araz Məmmədzadə bildirib.