Bank Of Baku

Qarabağda suvarma şəbəkələri üçün 7 alternativ variant təklif edilib

Qarabağda suvarma şəbəkələri üçün 7 alternativ variant təklif edilib
# 16 fevral 2023 13:59 (UTC +04:00)

"Tərtərçay" sağ sahil kanalının yenidən qurulması üçün 7 alternativ variant təklif edilib. "Xaçınçay" Su Anbarının və ondan su götürən 7 km-lik kanalın açılışı bu il ola bilər.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Elmar Orucov bildirib. Onun sözlərinə görə, "Tərtərçay" sağ sahil kanalının 14,5 km-i Ağdərə rayonunun ərazisindən keçdiyinə görə, alternativ variantlarda "Tərtərçay" sağ sahil kanalının 6+750-ci kilometrindən bypass xətti ayrılaraq Ağdərə rayonunun kənarından fırlanaraq magistral kanalın 21+252-ci kilometrində yenidən "Tərtərçay" sağ sahili kanalına birləşir.

""Tərtərçay" sağ sahil kanalında istənilən həcmdə su olmadıqda Ağdam rayonunun planında nəzərdə tutulmuş gölün su ilə doldurulması üçün Xaçınçay su anbarının suyundan istifadə edilə bilər”, - deyə qurumun nümayəndəsi vurğulayıb.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR